ÜSTÜNLÜKLƏR

e-MTK sisteminin üstünlükləri
işinizi çox asanlaşdıracaq

Məqsədimiz, bina təsərrüfatının idarə edilməsi prosesində MTK, MMMC - nin işini daha da asanlaşdırmaq və şəffaflığı artımaq üçün əlavə imkanlar yaratmaqdır.

Niyə Bizi Seçməli

  • İllərin təcrübəsi, etibarlı həllər

  • Hər bir MTK, MMMC - yə fərdi yanaşma

  • İstədiyiniz funksionallıq, gözlədiyiniz keyfiyyət

  • Texniki dəstək və zəmanətlə tam təhlükəsizlik

  • Yenilikçi yanaşma, gələcəyə hazır platforma

Sənədlərin Verilməsi

Yaşayış yerindən arayış və digər sənədlərin avtomatik tərtib edilməsi

SMS Bildiriş

Sakinlərə kommunal borclar və digər SMS bildirişlərin göndərilməsi

Onlayn Xidmətlər

İstək əsasında kommunal ödənişlərin terminal və onlayn ödənilməsi imkanı

Xüsusi Xidmətlər

MTK, MMMC - nin sakinlərə təqdim etdiyi xüsusi xidmətlərin idarə edilməsi

FUNKSİONALLIQ

Mənzil Tikinti Kooperativlərinin, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin işinin tam optimallaşdırılması və asanlaşdırılması üçün lazım olan funksionallıqlar proqram təminatına əlavə edilmişdir.

Thumb

Mənzillərin, qeyri-yaşayış sahələrinin, sakinlərin və digər məlumatların idarə edilməsi

Proqram təminatında MTK, MMMC - nin nəzarətində olan binalarda yerləşən mənzillərin, qeyri-yaşayış sahələrinin, sakinlərin, kirayəçilərin, qarajların, nəqliyyət vasitələrinin idarə edilməsi üçün funksionallıqlar əlavə edilmişdir.

  • Daşınmaz Əmlak Məlumatlarının İdarə Edilməsi

    Bina sakinlərinə məxsus mənzillərin, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin idarə edilməsi.

  • Sakin, Kirayəçi Məlumatlarının İdarə Edilməsi

    Bina sakinlərinin, kirayəçilərinin, qeyri-yaşayış sahələrinin icarədarlarının məlumatlarının idarə edilməsi.

Thumb

Kommunal ödənişlərin, mənzil təsərrüfatı xərclərinin və digər maliyyə əməliyyatların idarə edilməsi

Bina təsərrüfatının davamlı fəaliyyətini təmin etmək, kommunal ödənişlərin vaxtında toplanması, xərclərə nəzarətin düzgün həyata keçirilməsi üçün lazımı funksionallıqlar proqram təminatına əlavə edilmişdir.

  • Kommunal Ödənişlərin İdarə Edilməsi

    Sakinlər, icarədarlar tərəfindən ödənilməli kommunal və digər xidmətlər üzrə ödənişlərin qeydiyyatı, idarə edilməsi.

  • Xərclərin İdarə Edilməsi

    Bina təsərrüfatının saxlanması, genişləndirilməsi xərclərinin və digər maliyyə əməliyyatların idarə edilməsi.

SUALLAR & CAVABLAR

MTK, MMMC rəhbərlərinin, idarəçilərinin E-MTK sistemi haqqında tez-tez ünvanladıqları sualları və bu sualların cavablarını sizinlə paylaşırıq.

Thumb

Bəli - bu gün, artıq zərurətdir


İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bina sakinləri, kirayəçilər və ödənişlərlə bağlı məlumatların hələ də kağız daşyıcılarda və ya qeyri effektiv üsullarla saxlanılması artıq zaman itkisinə, həm də ciddi risklərə yol açır.


Hər bir ödənişdən əvvəl borcun mexaniki ilə hesablanması, lazımi məlumatların tapılması və yoxlanılması saatlarla vaxt aparır. Bu yanaşma nə operativ, nə də etibarlı hesab oluna bilər.


e-MTK.az platforması vasitəsilə siz :

  • - Bütün ödəniş və borc məlumatlarına bir kliklə rahat şəkildə çıxış əldə edirsiniz.
  • - Sakinlərlə bağlı qeydiyyat, müqavilə və ödəniş tarixçəsini rəqəmsal formada idarə edirsiniz.
  • - İdarəetmədə sürət, şəffaflıq və dəqiqlik əldə edirsiniz.
e-MTK platforması yaranacaq texniki xətalara qarşı tam zəmanət verilir. İstifadə zamanı ortaya çıxan istənilən problem, texniki nasazlıq və ya sistem xətası komandamız tərəfindən tez və təhlükəsiz şəkildə aradan qaldırılır.

Bizim əsas məqsədimiz, sistemin fasiləsiz və problemsiz işləməsini təmin edərək, sizin idarəetmənizin rahatlığını və etibarlılığını artırmaqdır.


Texniki dəstək xidmətləri tamamilə ödənişsizdir və aşağıdakı üstünlükləri təklif edir :

  • - Texniki xətalara qarşı tam zəmanət
  • - 24/7 texniki dəstək imkanı (əlavə şərtlərlə)
  • - Operativ həll və peşəkar yanaşma
  • - Təmənnasız xidmət – heç bir əlavə ödəniş tələb olunmadan

Siz də, platforma ilə bağlı yaranacaq hər hansı bir çətinlikdə bizimlə əlaqə saxlayaraq sürətli və effektiv həllər əldə edə bilərsiniz.

e-MTK platorması olaraq, istifadəçilərimizin məlumatlarının təhlükəsizliyi bizim üçün maksimum önəm daşıyır. İki fərqli istifadə formatı təklif edirik və hər iki halda da məlumatlarınız yüksək səviyyədə qorunur.

On-premises versiya : Bu versiyada sistem tamamilə sizin öz serverinizdə yerləşdirilir. Məlumatlar lokal olaraq saxlanılır və yalnız sizin təsdiqlədiyiniz şəxslər tərəfindən əldə edilə bilər. Bu seçim, məlumatların tamamilə sizin nəzarətinizdə və kənar müdaxiləyə qapalı olmasını təmin edir.

Cloud versiya : Cloud versiyasında isə məlumatlarınız təhlükəsiz və şifrələnmiş serverlərimizdə saxlanılır. Serverlərimiz, müasir təhlükəsizlik standartlarına tam uyğun olaraq qurulmuşdur və tam zəmanətlə qorunur. Bu yanaşma, məlumatların fasiləsiz olaraq əlçatan olmasını təmin etməklə yanaşı, onların da maksimum təhlükəsizliyini təmin edir.


Seçim sizindir – istər lokal (on-premises), istər bulud (cloud) həlli seçərək, hər iki halda da məlumatlarınız ən yüksək səviyyədə qorunacaqdır.

e-MTK proqram təminatı, MTK və MMMC-lərin gündəlik iş proseslərini asanlaşdırmaq üçün əsas funksionallıqları artıq özündə birləşdirir.


- Eyni zamanda, sistem modul əsaslı qurulmuşdur – bu da o deməkdir ki, ehtiyaclarınıza uyğun olaraq əlavə funksiyalar inteqrasiya edilə bilər.

- İstər xüsusi hesabatlar, istər yeni bildiriş sistemləri, istərsə də inteqrasiya modulları – siz deyin, biz əlavə edək!

e-MTK idarəetmə sistemi, müxtəlif digər proqramlar və xidmətlərlə asanlıqla inteqrasiya oluna bilən bir həll təqdim edir.


İstər ödəmə sistemləri (bank, terminal, onlayn ödəniş), istər SMS və e-mail xidmətləri, istərsə də rəsmi dövlət informasiya sistemləri

Sistem açıq API dəstəyi ilə təchiz edilib, bu isə gələcəkdə istənilən üçüncü tərəf xidmətləri ilə sürətli və təhlükəsiz əlaqə qurmağa imkan verir.


Dəstəklənən inteqrasiyalar :

  • - Bank və onlayn ödəniş sistemləri
  • - SMS və e-mail bildiriş platformaları
  • - Elektron vergi və rəsmi sənəd sistemləri
  • - ERP və mühasibat proqramları ilə əlaqə

Texnologiyalar sürətlə dəyişir, və e-MTK həlli bu dəyişikliklərə tam hazırdır, həmçinin daim yenilənir və inkişaf etdirilir.

Bəli, əlbəttə!


e-MTK platforması yalnız idarəçilər üçün deyil, sakinlərin də rahat istifadəsi üçün nəzərdə tutulmuşdur. Hər bir sakinə şəxsi kabinet təqdim olunur və bu panel vasitəsilə onlar aşağıdakı imkanlardan faydalana bilərlər :


  • - Ödənişlərini izləmək və cari borclarını görmək
  • - Onlayn ödəniş etmək – sürətli və təhlükəsiz bir şəkildə
  • - Bildiriş və elanları oxumaq – idarə tərəfindən göndərilən ən son məlumatlara dərhal çatmaq
  • - Müqavilə, qəbz və borc tarixçəsini nəzərdən keçirmək
  • - İdarə ilə birbaşa əlaqə saxlamaq – məsələlərini rahatlıqla həll etmək
  • - Sorğularda iştirak və rəylər bildirmək

Bu imkanlar, sakinlərə şəffaflıq, rahatlıq və qarşılıqlı etimad yaratmaq üçün mükəmməl şərait təmin edir. e-MTK ilə idarəetmə həm sadə, həm də effektiv olur.

QİYMƏTLƏR

Texnoloji infrastrukturunuzdan, idarəçiliyinizdə olan bina sayından aslı olaraq CLOUD və ya ON-PREMISES təkliflərdən birini seçə bilərsiniz.

  • CLOUD

    49.00 / aylıq

  • Cloud sistemdən istifadə imkanı
  • 1 kompleks
  • 1 bina
  • ∞ məzil, qaraj, qeyri yaşayış sahəsi
  • Tam funksionallıq
  • Rəhbər şəxslər üçün idarəetmə modulu
  • Sakinlər üçün idarəetmə modulu
  • İstənilən qurğudan istifadə imkanı
  • Ödəniş sistemləri ilə inteqrasiya
  • Ödəniş terminalları ilə inteqrasiya
  • Təlimlər
  • 7/24 texniki dəstək
  • ON-PREMISES

    Razılaşma

  • Sistemdən Server avadanlığıda quraşdırılması
  • ∞ kompleks
  • ∞ bina
  • ∞ məzil, qaraj, qeyri yaşayış sahəsi
  • Tam funksionallıq
  • Rəhbər şəxslər üçün idarəetmə modulu
  • Sakinlər üçün idarəetmə modulu
  • İstənilən qurğudan istifadə imkanı
  • Ödəniş sistemləri ilə inteqrasiya
  • Ödəniş terminalları ilə inteqrasiya
  • Təlimlər
  • 7/24 texniki dəstək

Wikipediadan təsadüfi məlumatlar :